Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarabağ münaqişəsi zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Əlləzov şəhid olub”, - nazirlikdəın bildiriblər. **
F.İsazadə