Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbərlərini təkzib edir.
“Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”, - nazirliyin məlumatında deyilir. **
F.İsazadə