2018-ci ildə Rusiya turistlərinin səfər etdiyi xarici ölkələrin reytinqində Azərbaycan 17-ci yerdə qərarlaşıb. Bu barədə “TurStat” analitik agentliyinin məlumatında qeyd olunur.
“2018-ci ildə Rusiyadan Azərbaycana olan turist səfərlərinin sayı 2% - 748 minədək artıb”, - deyə məlumatda bildirilir.
Ötən il rusiyalı turistlərin ən çox səfər etdikləri ölkələr Türkiyə (5,719 mln. səfər), Qazaxıstan (2,955 mln.), Ukrayna (2,29 mln.), Çin (2,018 mln.), Estoniya (1,798 mln.), Almaniya (1,297 mln.) və Gürcüstan (1,233 mln.) olub.*
R.Babayev