Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova general-leytenant rütbəsi verib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, prezident İ.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları general-mayor İsmayıl Bağırova general-leytenant ali hərbi rütbəsi, polkovnik Araz Əhmədova, polkovnik Zaur Əliyevə və polkovnik Sultan Fərzəliyevə general-mayor ali hərbi rütbəsi verib.*
R.Babayev