Prezident İlham Əliyev Lənkəran rayonunda avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Hirkan–Mamusta–Siyavar avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Vəsait 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
R.Babayev