Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Xalq Həyat Sığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verib. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarındakı mənbə məlumat verib.
“Martın 27-də MBNP tərəfindən“Xalq Həyat” sığorta şirkətinə həyat sığortası üzrə xidmətlərin göstərilməsi üçün lisenziya verilib”, - mənbə qeyd edib.
Beləliklə, Azərbaycanda həyat sığortası şirkətlərinin sayı 4-ə çatıb. “Xalq Həyat Sığorta” ASC-dən başqa – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC analoji xidmətlər göstərir.
Ümumilikdə, Azərbaycanda 22 sığortaçı fəaliyyət lisenziyasına malikdir.
Xəbər verildiyi kimi, 23 noyabr 2018-ci il tarixində Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir, rəsmi təmsilçisi Roman Vəliyevdir. **
Ə.Məmmədov