“Bank Respublika” ASC-nin İdarə Heyətinin sədr müavini Tariyel İsmayılov bankın yeni sədri təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Bankın Müşahidə Şurasının növbəti yığıncağında T.İsmayılovun “Bank Respublika”nın İdarə Heyətinin yeni sədri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilib. O, aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq”, - bankdan qeyd ediblər.
Bankdan bildirilib ki, T.İsmayılov bu vəzifədə Asəf Namazovu əvəz edib. A.Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcək.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur. **
Ə.Məmmədov