Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 6,3 mln. manat ayırmağı tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
R.Babayev