24-27 sentyabr tarixində Moskvada keçiriləcək “Worldfood Moscow 2019” Beynəlxalq Ərzaq sərgisində Azərbaycan şirkətləri təmsil olunacaq .
“Worldfood Moscow 2019” sərgisində 30 Azərbaycan şirkəti vahid ölkə stendi ilə təmsil olunacaq. Onların arasında ərzaq məhsulları, şərablar və spirtli içkilər istehsal edən şirkətlər var”, - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verilir.
Sərgidə iştirak istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir.
Müsabiqədə iştirak üçün sənədlər 1 iyul tarixindən gec olmayaraq təqdim edilməlidir. Şirkətlərin seçimi müsabiqə əsasında iyulun 12-də baş tutacaq.
Seçim bir neçə meyar əsasında aparılacaq: sərgidə təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı üzrə təcrübənin mövcudluğu.
Xəbər verildiyi kimi, “Worldfood Moscow 2018” 27-ci Beynəlxalq Ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkəti təmsil olunurdu. Ötən il sərgi çərçivəsində bir sıra Azərbaycan şirkətləri məhsulların ixracına dair sazişlər əldə ediblər. **
B.Rüstəmbəyov