Martın 26-da Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O, bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd edib ki, dönərxana ticarət mərkəzindən kənarda yerləşirdi.
Nazirin sözlərinə görə, yanğının qonşu obyektlərə keçməməsi üçün tədbirlər görülüb.
Yanğının söndürülməsinə 35 yanğınsöndürən briqada və 3 helikopter cəlb olunub.
K.Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib.
Müşavirədə çıxış edən baş prokuror Zakir Həsənov bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanıb. Müxtəlif ekspertizalar təyin olunub və bu ekspertizalar sabah aparılacaq.
Z.Qaralov əlavə edib ki, hazırda istintaq orqanları tərəfindən sahibkarlar dindirilir.
İlkin qiymətləndirmələrə görə, yanğın nəticəsində 1000 nəfərə yaxın sahibkara ziyan dəyib. Hazırda dəyən ziyanın həcmi hesablanır.*
A.Əzizov