Azərbaycan, Rusiya və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələləri müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Azərbaycan, Rusiya və Qazaxıstanın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.*
B.Rüstəmbəyov