Martın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe Vyanada görüş zamanı ikitərəfi iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“İ.Əliyev və H-K.Ştraxe iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunublar. Tərəflər bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmini vurğuladılar”, - Azərbaycan prezidentinin saytındakı məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Vyanaya işgüzar səfərə gəlib. **
A.Əzizov