İlkin qiymətləndirmələrə görə, "Diqlas" ticarət mərkəzindəki yanğın nəticəsində 171 ticarət obyektinə ziyan dəyib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Gələn həftə ilkin ödənişlərin verilməsi üçün prezidentin sərəncamı ilə yaradılan komissiya bütün həftə sonu işləyəcək. Dövlət başçısı İlham Əliyev sahibkarlara kompensasiya ödənilməsi üçün prezidentin Ehtiyat Fondundan (dövlət büdcəsində - IF) müəyyən məbləğdə vəsaitin ayrılması haqqında sərəncam imzalayıb”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yanğın nəticəsində sahibkarlara dəymiş zərər həm sahibkarların, həm də vergi-gömrük orqanlarının məlumatları əsasında müəyyənləşdiriləcək.
Ş.Mustafayev qeyd edib ki, ilkin məlumatlara görə, 171 kommersiya obyektinə ziyan dəyib.
Nazir vurğulayıb ki, müxtəlif ticarət mərkəzlərinin rəhbərləri ilə aparılan danışıqların gedişində onların bəziləri ticarət platformalarını zərərçəkmiş sahibkarlara 4-5 ay müddətinə pulsuz, qalan aylarda isə güzəştli şərtlərlə icarəyə verməyə hazır olduqlarını bildiriblər.*
B.Rüstəmbəyov