Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə Azərbaycanda kəpək istehsalı və satışının 2 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutan dəyişikliklər qəbul olunub.
Dəyişikliklərə əsasən kəpək istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilir, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına güzəştin müddəti isə əlavə olaraq 1 il – 2021-ci ilədək uzadılır.
Bu güzəştlərin tətbiqi buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlib.*
R.Babayev