2018-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $349,8 mln. təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2018-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi 13,3% - $4,9 mlrd.-dək azalıb. Turizm xidmətləri balansının profisiti isə 2017-ci ildə qeydə alınmış $353,4 mln.-a qarşı $349,8 mln. təşkil edib”, - deyə AMB-nin ötən il üçün tədiyə balansına dair məlumatında qeyd olunur.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $2,3 mlrd. məbləğində turizm xidmətləri göstərilib. Bu məbləğin 87%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 6% artıb.*
Ə.Məmmədov