Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Vyanada keçirilən Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk rəsmi görüş başa çatıb.
Ermənistan mətbuatının cümə günü verdiyi məlumata görə, N.Paşinyan mətbuata heç bir şərh vermədən iki ölkə liderlərinin görüşünün keçirildiyi “Bristol” otelini tərk edib. **