Azərbaycan və Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsinə dair Protokol imzalanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Protokol Xaçmaz şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş çərçivəsində imzalanıb.
Görüşdə, həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin və "Rusiya Dəmir Yolları" ASC-nin əməkdaşları da iştirak ediblər.
“Protokol sərhəd-buraxılış məntəqələri önündə növbələrin aradan qaldırılmasını və daşınan mallar barədə məlumat mübadiləsinin tam həcmdə həyata keçirilməsini nəzərdə tutur. Tərəflər, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin "Samur" və "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov