Martın 29-da Vyanada Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Məşvərət Heyətinin təsis iclası keçirilib. Bu barədə rəsmi KİV-lər məlumat yayıb.
İclasda çıxış edən Məşvərət Heyətinin həmsədri, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Şura gələcəkdə həm iqtisadi, həm də digər sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək.
Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının həmsədrləri Nəriman Baxişev və Verner Müller çıxışlarında yeni yaradılmış təşkilatın biznes və hökumət strukturları arasında əməkdaşlığa dəstək verəcəyini, hər iki ölkənin iqtisadiyyatı üçün qarşılıqlı maraq doğuran ideyalar əsasında layihələrin həyata keçiriləcəyini bildiriblər.*
Ə.Məmmədov