Səbail rayonunda yerləşən mənzillərdən birindən oğurluq etməkdə şübhəli bilinən Quba rayon sakinləri C.Abdullayev və L.Şıxəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib. Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar”, - deyə məlumatda bildirilir.*
R.Babayev