Aİ martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə ümidverici xəbər görüb.
“Liderlərin atəşkəs rejiminin möhkəmlənməsi və sülh üçün əlverişli şəraitin yaradılmasına sadiqliyi, həmçinin nəticəyə yönələn danışıqlar istiqamətində gələcək addımların atılmasına dair bəyan edilən hazırlıqları ümidvericidir”, - bazar günü Brüsseldə Aİ-nin xarisi siyasət xidmətinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, Aİ humanitar sahədə tədbirlərin işlənməsi üzrə Vyana sazişi, o cümlədən 16 yanvar 2019-cu il tarixində Parisdə XİN başçılarının əldə etdiyi əhalinin sülhə hazırlanması tədbirlərinə dair sazişin həyata keçirilməsini gözləyir. Brüsseldən məlumat verilib ki, Aİ bu səyləri dəstəkləməyə hazırdır.
Həmçinin, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsinin vasitəçilik səyləri və təklifklərini tam dəstəklədiyini bəyan edib. **