2019-cu il aprelin 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $58,1 mln.-dan artıq (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrin Yardım Fonduna cari il aprelin 1-nə 98.386.852 AZN (cari məzənnə ilə $57,875 mln.), 213.577 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə