Bu gün səhər saatlarında Bakının mərkəzində Rəşid Behbudov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“Yol qəzası nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər”, - deyə o bildirib.
Qəza Mərkəzi Bankın yanında baş verib. "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub. Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü və yolu keçən qadınlardan biri ölüb. Daha bir qadın və bir kişi isə müxtəlif dərəcəli xəsarətlər alıb.*
R.Babayev