“Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasının sədri təyin olunub.
“İSB-nin Himayəçilik Şurasında dəyişikliklər olub. “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev “AXA Mbask” Sığorta Şirkətinin nümayəndəsi Lana Gözəlovanı bu vəzifədə əvəz edib”, - İSB-dən qeyd ediblər Bundan əlavə, “Atəşgah Sığorta”nın sədrinin müşaviri Tələt Səfərov İSB-nin Himayəçilik Şurasını tərk edib. Nəticədə, HŞ-nın üzvü olan “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Şurada sədr müavini oldu. Öz növbəsində, Himayəçilik Şurasında onu Mətanət Nərimanlı əvəz edib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
16 sığorta şirkəti İSB-nin üzvüdür. **
Ə.Məmmədov