Aprelin 20-də “Qala Həyat Sığorta” şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncaqda səhmdarlar şirkətin ötənilki fəaliyyətinə dair maliyyə hesabatını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 12 mln. 870 min manata bərabərdir.*
Ə.Məmmədov