Azərbaycanda 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Məşğələlər zamanı zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra ediblər”, - məlumatda deyilir.
Bundan əlavə, qeyd olunur ki, raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər. **
F.İsazadə