Azərbaycan “TransRussia-2019” 24-cü Beynəlxalq nəqliyyat-logistika xidmətləri və texnologiyalar sərgisində öz pavilyonunu təqdim edəcək. Bu barədə Rusiya mətbuatı xəbər verir.
Sərgi 15-17 aprel tarixlərində Moskvada keçiriləcək. Bu il tədbirdə 400-dən artıq Rusiya və xarici şirkət iştirak edəcək. Azərbaycan öz pavilyonunu ilk dəfə təqdim edəcək”, - deyə məlumatda bildirilir.
B.Rüstəmbəyov