2019-cu ilin yanvar-fevral aylarında “Azexport.az” portalına ümumilikdə $145,6 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək ixrac sifarişlərinin dəyəri $1 mlrd. 134,7 mln.-a çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib.*
B.Rüstəmbəyov