Cari ilin yanvar-fevral aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $167,484 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvar-fevral aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($31,1 mln.), özəl şirkətlər arasında isə “MTK Istehsalat Kommersiya” ($19,5 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($30,5 mln.), “Azəraliminium” MMC ($11,7 mln.), "AzerGold" QSC ($9,2 mln.), “Azərbaycan Hava Yolları” QSC ($3,9 mln.), “CTS-Agro” MMC ($2,4 mln.), “Bakı Maşınqayırma Zavodu” MMC ($310 MİN), “Azəripək” ($135 min), “Suraxanı Maşınqayırma zavodu törəmə” ASC ($76min), “Azərbaycan Dəmir Yolları” QSC ($63 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında SOCAR Polymer ($13,4 mln.), Azerbaijan International Mining Company ("Anglo Asian Mining Plc”nin törəməsi) - $11,7 mln, «TST Export» ($7 mln.), P-Aqro ($5,9 mln.), World Trade ($4,5 mln.), “Sun Food» MMC ($4,2 mln.), «Azhazelnut» MMC ($4,1 mın.), «RAM Beynəlxalq Nəqliyyat ve Ticarət» ($3,9 mln.),"Garden Store" MMC ($3,9 mln.) var.
Azərbaycan 2019-cu ilin yanvar-fevral aylarında $282 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova