2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 173,6 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə əməliyyatların həcmi 9,1% azalıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə Azərbaycanda əcnəbi turistlər bank kartları vasitəsi ilə 1 mlrd. 278,4 mln. manatlıq əməliyyat aparıblar, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.
2018-cu ildə Azərbaycana turistlərin axını 2017-ci illə müqayisədə 6% - 2 mln. 844,889 min nəfərədək artıb. **
B.Rüstəmbəyov