Azərbaycanın tikinti materialları “MosBuild 2019”sərgisində nümayiş ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Sərgidə Azərbaycanın 10 şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edəcək”, - deyə məlumatda bildirilir.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.
Sərgi aprelin 2-5-də keçiriləcək.*
B.Rüstəmbəyov