Prezident İlham Əliyev İmişli rayonunda avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 15,4 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolu 29 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Vəsait 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə