Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ikinci iclası 16-17 apreldə Nur-Sultan şəhərində keçiriləcək. Bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
“Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ikinci iclası 16-17 apreldə Nur-Sultan şəhərində keçiriləcək. Bütün tərəflər öz iştiraklarını təsdiq ediblər”, - A.Smadiyarov çərşənbə axşamı jurnalistlərə bildirib.
Xəzərin hüquqi statusuna dair Konvensiyanın müddəalarının reallaşdırılması üzrə xüsusi İşçi Qrupunun birinci iclası 19-20 fevralda Bakıda keçirilib.
Xəzərin hüquqi statusuna dair Konvensiya 12 avqust 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlər (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) tərəfindən imzalanıb. **