“PriceWaterhouseCoopers” (PwC) şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) maliyyə hesabatının auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dən məlumat verilib.
"PwC MBNP-nin elan etdiyi kotirovka sorğusunun qalibi olub və palatanın illik maliyyə hesabatının auditini keçirəcək”, - deyə məlumatda bildirilir.
Martın 27-də şirkətlə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 25,96 min manatdır.*
Ə.Məmmədov