2019-cu il martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 441 sahibkara maddi zərər dəyib. Bu barədə iqitisadiyyat nazirinin müavini Sahib Məmmədov bəyan edib.
“Yanğın nəticəsində 441 sahibkara maddi zərər dəyib. Onlar hər biri fərdi qaydada qəbul edilib”, - S.Məmmədov bu gün jurnalistlərə bildriib.
Onun sözləörinə görə, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kompensasiyaların verilməsi qaydaları artıq hazırlanıb. “Qaydalar təsdiq olunan kimi kompensasiyaların verilməsinə başlanacaq”, - nazir müavini əlavə edib.
S.Məmmədov həmçinin vurğulayıb ki, zərər çəkmiş sahibkarlara digər ticarət mərkəzlərində ticarət obyektləri təqdim olunacaq.
Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib. Ticarət mərkəzində yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib. FHN-nin ilkin qiymətləndirmələrinə görə, ticarət mərkəzinin rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət olunmaması səbəbindən yanğın sürətlə yayılıb. Xüsusilə, ticarət mərkəzinin mərtəbələrinin heç birində yanğınsöndürmə sistemləri olmayıb.
Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən sahibkarlarla keçirilən ikitərəfli görüşlərin yekunlarına dair zamanı 381 sahibkar 15 mln. manat ümumi məbləğdə güzəştli kreditə ehtiyacının olduğu bildirib. Bundan əlavə, 408 sahibkar ümumi sahəsi 12,4 min kvadratmetr olan ticarət obyektlərinə müvəqqəti ehtiyacı barədə müraciət edib və hazırda bu istiqamətdə işlərə başlanılıb. **
B.Rüstəmbəyov