“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2019-cu ilin I rübündə 6 mlrd. 151 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“2019-cu ilin yanvar-mart aylarında “Azərenerji” 6 mlrd. 151 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 153 mln. kVt/saat və ya 2,5% çoxdur», - ASC-nin məlumatında bildirilir.
I rübdə Azərbaycan qonşu ölkələrə 512,24 mln. kVt/saat, martda isə - 161 mln. kVt/saat elektrik enerjisi ixrac edib.
2018-ci ildə “Azərenerji” 22 mlrd. 521 min kVt/saat elektrik enerjisi istehsal edib. Ötən il ölkədən 1 mlrd. 413,2 mln. kVt/saat elektrik enerjisi ixrac edilib. İxracın 121,4 mln. kVt/saatı Rusiyanın, 1 mlrd. 230,1 mln. kVt/saatı Gürcüstanın, 13,4 mln. kVt/saatı Türkiyənin, 48,3 mln. kVt/saatı İranın payına düşüb.
2019-cu ildə Azərbaycanda 23,55 mlrd. kVt/saat elektrik enerjisinin istehsal, 1,5 mlrd. kVt/saat elektrik enerjisinin isə ixrac olunacağı proqnozlaşdırılır.**
N.Abbasova