Aprelin 4-də Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
“Aprelin 4-də Brüssel şəhərində Azərbaycan- Aİ Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək. Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edəcək. Aİ tərəfindən iclasda xarici siyasət vətəhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər”, - məlumatda deyilir.
İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni strateji tərəfdaıq üzrə saziş üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri və digər məsələlər müzakirə olunacaq. **
F.İsazadə