28 fevral 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 118,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar-fevral aylarında əhalinin bank əmanətləri 1,8% azalıb.
2019-cu il fevralın 28-nə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 330 mln. manat (2019-cu ilin yanvar-fevral ayları ərzində azalma 2,7% - İF), tələbli əmanətlərin həcmi 2 mlrd. 788,5 mln. manat (azalma 0,1%) təşkil edib.
На конец февраля 2019 года депозиты юридических лиц в банках оцениваются в 10 млрд 999,5 млн манатов (рост в январе-феврале на 6,7%).
Fevral ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 10 mlrd. 999,5 mln. manat (yanvar-fevralda artım 6,7%) məbləğində olub.
Fevral ayının sonuna banklarda əmanət və depozitlərin ümumi həcmi 19 mlrd. 118 mln. manat (artım 2,9%) təşkil edib.**
Ə.Məmmədov