Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Bakı və Yerevan arasında danışıqlar prosesinin aktivləşdirilməsinin vacibliyini bildirib. Bu barədə Kremlin mətbuat xidmətinin iki lider arasında telefon söhbətinin detalları ilə bağlı açıqlamasında deyilir.
V.Putin Dağlıq Qarabağ probleminin xüsusilə ATƏT-in Minsk qrupu formatında sülh yolu ilə həllinə Rusiyanın kömək etməyə hazır olduğunu bildirib.
Söhbət zamanı İlham Əliyev martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutmuş görüşünə dair fikirlərini diqqətə çatdırıb.
Bundan başqa, tərəflər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıblar.*