Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində “Exxon” və “Chevron”un paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır. Bu barədə şirkətin baş icraçı direktoru Robert Dadli məlumat verib.
“AÇQ”-da iştirakımız bizi məmnun edir. Düşünürəm ki, payımızı artırmaq imkanı meydana gələrsə, bu bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq”, - deyə o bildirib ki, hələlik “Exxon” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar.
“Azəri-Çıraq-Günəşli” layihəsində BP-nin payı 30,37%, ARDNŞ-nin - 25%, “Chevron” və “ExxonMobil”in – müvafiq olaraq 9,57% və 6,79%, “ONGC”-nin - 2,31%, “Inpex Corp. və “Itochu Oil”un - müvafiq olaraq 9,31% və 3,65%, “Statoil”un - 7,27%, “TPAO”-un - 5,73% təşkil edir. **