7 iyun tarixində “AGBank” ASC səhmdarlarının növbıti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Yyığıncaqda səhmdarlar İdarə Heyətinin 2018-ci il üzrə hesabatı, Audit Komitəsinin hesabatını dinləməli, bankın maliyyə nəticələrinin təsdiq etməlidirlər”, - bankdan qeyd ediblər.
Bundan əlavə, səhmdarlar bankın nizamnaməsinin yeni redaksiyasını və bankın idarəetmə orqanlarının əsasnamələrini təsdiq etməlidirlər.
“AGBank” 1992-ci ildə təsis olunub və Azərbaycanda 10 aparıcı bank sırasına daxildir. **
Ə.Məmmədov