Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Martın 29-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.
Qatarda doqquz sərnişin vaqonu, bir restoran var.
ADY 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
Xəbər verildiyi kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə “Stadler” şirkətindən 30 vaqon sifariş edib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır. **
N.Abbbasova