Dövlət Turizm Agentliyi (DTA) 2020-ci ilədək 4 ölkədə yeni nümayəndəliklər açaraq xarici ölkələrdəki nümayəndəliklərinin sayını 10-a çatdırmağı planlaşdırır. Bu barədə DTA-nın mətbuat katibi Kənan Quluzadə məlumat verib.
“Hazırda altı ölkədə DTA-nın nümayəndəlikləri fəaliyyət göstərir. Yaxın aylarda biz həm də Böyük Britaniya və Cənubi Koreyada da olmaqla daha 4 yeni nümayəndəlik açmağı planlaşdırırıq”, - deyə o, aprelin 4-də “Ekspo-mərkəz”də açılacaq 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Hazırda Dövlət Turizm Agentliyinin Almaniya (Frankfurt), Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Çin (Pekin), Hindistan (Mumbay) və Rusiyada (Moskva) nümayəndəlikləri fəaliyyət göstərir.*
R.Babayev