"Azərmarka” MMC tərəfindən “Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və 2016-cl ilin aprelində Dağlıq Qarabağ müharibəsi zonasında “dördgünlük müharibə”nin üçüncü ildönümünə həsr olunan birinci gün zərflərinin təqdimatı keçirilib.
“Tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb”, - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Markalar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və “Zəfər” İctimai Birliyinin iştirakı ilə hazırlanıb.
“Markaların buraxılmasında məqsəd Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlarından biri sayılan aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək Vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdan ibarətdir”, - məlumatda qeyd olunur.
Markalar Belarusun Bobruysk şəhərində, A.T. Nepoqodin adına mətbəədə 24 min tirajla çap olunub. **
F.İsazadə