Bakı Şəhər İcra Hakimiyyəti müxalif Milli Şura və Müsavat Partiyası üzvlərinin istirahət günləri mitinq keçirməsinə razılıq vermədi.
6-7 aprel tarixlərində Milli Şura və Müsavat Partiyası mitinq və yürüş keçirməyi planlaşdırırdı.
“Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq və Müsavat Partiyası üzvlərinin yürüş keçirməsinə razılıq vermədi. Bu barədə mitinqin və yürüşün təşkilatçıları məlumatlandırılıb”, - “İnterfaks-Azərbaycan”a meriyadan məlumat verilib.
Eyni zamanda, meriya rədd cavabının səbəbini şərh etməyib. **
F.İsazadə