Azərbaycan prezidenti İlham Əliyev Bakıda 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Səhiyyə Nazirliyinə 2 mln. manat ayırmağı tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
B.Rüstəmbəyov