Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov, Aİ nümayəndə heyətinə diplomatiya rəhbəri Federika Mogerini və Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə üzvü Yohannes Han başçılıq edir.
Xəbər verildiyi kimi, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Aİ gündəliyi, strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri və s. məsələləri müzakirə edəcəklər.*
F.İsazadə