Azərbaycan yığması Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA)reytinqində 108-ci yerini qoruyub. Reytinqin yenilənmiş versiyası bu gün FIFA-nın saytında dərc olunub.
Mart ayında Azərbaycan yığması iki oyun keçirib. Xorvatiya ilə qarşılaşmada millimiz 1:2 hesabı ilə məğlub olub, Litva ilə yoldaşlıq görüşündə isə hesab 0:0 olub.
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqeləri belədir: Xorvatiya – 5-ci pillə, Uels - 19-cu pillə, Slovakiya – 32-ci pillə, Macarıstan - 51-ci pillə.
Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. İlk onluğa Fransa, Braziliya, İngiltərə, Uruqvay, Portuqaliya, İsveçrə, İspaniya və Danimarka da daxildir.*
A.Əzizov