17 aprel 2019-cu il tarixində SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) şirkətin istiqrazlarının sahiblərinə faizlər üzrə onuncu dəfə $1,25 mln. məbləğində ödəniş həyata keçirəcək. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
“Aprelin 17-də Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının sahiblərinə 2019-cu ildə $1,25 mln. ümumi məbləğdə faiz ödənişi həyata keçirəcək. Həmin vəsaitlər Azərbaycan Mərkəzi Bankının Milli Depozit Mərkəzinin hesabına köçürüləcək”, - məlumatda bildirilir.
"SOCAR Capital"ın məlumatına görə, indiyədək ARDNŞ-nin istiqraz sahiblərinə $11,25 mln. ümumi məbləğdə fazilər üzrə səkkiz ödəniş həyata keçirilib.
“Hazırki ödəniş nəzərə alınmaqla, istiqraz sahiblərinin qazancı $12,5 mln. təşkil edəcək”, - məlumatda vurğulanır.
Şirkətin məlumatına əsasən, SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $172 mln. keçib. 2019-cu ilin birinci rübündə Bakı Fond Birjasında qiymətli kağızların alqı-satqısı üzrə qədlərin sayı 110-ü ötüb, indiyədək onların sayı 1,7 min təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin sentyabr ayında SOCAR daxili bazarda birinci emissiyadan olan $100 mln. məbləğində istiqrazın yerləşdirilməsini həyata keçirib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 mln. təşkil edəcək. **
N.Abbasova