Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin birinci rübündə dövlət büdcəsinə 1 mlrd. 14,07 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-mart aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 726 mln. 990 min manat təşkil edib. Beləliklə, birinci rübdə dövlət büdcəsinə köçürmələr 39,5% artıb.
Bu ilin birinci rübündə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 699 mln. 856,7 min manat, aksizlər üzrə 77 mln. 73,1 min manat, yol vergisi üzrə 9 mln. 825,6 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 227 mln. 314,6 min manat məbləğində olub.
2019-cu il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.**
N.Abbasova