İqtisadiyyat Nazirliyi bu gündən "Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan sənəd qəbuluna başlayıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Maddi yardımın verilməsi üçün sahibkarlardan sənəd qəbulu aprelin 4-dən başlanılıb. Sahibkarlara ödənişlər "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçiriləcək”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar.
Maddi yardım Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) tərəfindən ödəniləcək. Agentlik vəsaiti 5 gün ərzində sahibkarların plastik kartlarına köçürəcək.*
B.Rüstəmbəyov